Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

Zidanın oğlu "Qranada"nı digər İspaniya klubuna dəyişdi

Qranada"nın sabiq qapıçısı Luka Zidan karyerasını digər İspaniya təmsilçisində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiper "Leqanes"ə transfer olunub.

İnformasiyanı sözügedən klubun mətbuat xidməti yayıb. 

Luka 1+1 illik müqaviləyə imza atıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Zidan son iki mövsümdə Sequndada çıxış edən "Qranada"nın formasını geyinib. Ümumilikdə 45 oyuna çıxan "çərçivə" qoruyucusu 15 matçda qapısını toxunulmaz saxlayıb.

Luka "Real"ın yetirməsidir. O, əfsanəvi yarımmüdafiəçi, hazırda Fransa millisinin baş məşqçisi olan Zinəddin Zidanın oğludur.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər