UEFA Avropa Superliqası layihəsinin yaranması ilə əlaqədar yaranmış vəziyyət səbəbindən "Real" (Madrid) klubunu Çempionlar Liqasında iştirak hüququndan məhrum edə bilər.
Fanat.Az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Zinəddin Zidan "Real"ın Çempionlar Liqasında iştirak etməyəcəyini düşünməyin absurd olduğunu deyib.
"Marca"ya danışan fransız mütəxəssis "Çox söz-söhbət olacaq. Ancaq biz buna fikir vermirik. Diqqətimi sadəcə oyunlara yönəltmişəm. Hesab edirəm ki, hamınız "Real"ı Çempionlar Liqasında görmək istəyirsiniz", - deyə bildirib.
Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres Super Liqanın əsas təşkilatçıları sırasında yer alıb.
Xatırladaq ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real", "Barselona” və "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları yaradıblar. Sonradan 9 klub turniri tərk edib.
Röya