Zidandan “El-Clasico” şərhi

Zidandan “El-Clasico” şərhi

“Real”ın baş məşqçisi Zinəddin Zidan dünən baş tutan “El-Clasico”dan sonra fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki,  fransalı mütəxəssis “Barselona” ilə səfərdə əldə edilən bir xalı məqbul saydığını söyləyib.

Zidan məmnunluğunu bu cür ifadə edib:  "Aldığımız 1 xala görə çox məmnunam.  Çempionluq yarışı sona qədə davam edəcək. Bu qarşılaşmada məğlub olsaydıq, hər şey bizim üçün daha çətin olardı. Hazırda "Barselona” ilə aramızda 6 xallıq fərq mövcuddur. Üstünlüyümüz var, amma çempionat hələ çox uzundur".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər