Zinəddin Zidan Türkiyədə səfərdə olub.
Fanat.Az xəbər verir ki, bu iddanı "Hürriyyət" səsləndirib.
50 yaşlı fransalı mütəxəssisin qardaş ölkəyə gəlişinin səbəbi də kifayət qədər qeyri-adidir. Mənbənin məlumatına görə, Zidan İstanbula saç əkdirmək üçün gəlib.
İddiaya görə, o, iki həftə Türkiyədə olub və bu müddətdə Beşiktaş səmtindəki ən dəbdəbəli otellərdən olan "Raffles Hotel"də qalıb. Xəbərin duyulmaması üçün təşkilati işləri menecerinə həvalə edən məşhur mütəxəssis prosedurdan sonra gizli şəkildə Fransaya qayıdıb.
Mirağa