Zidan "Real"dan ayrılmasının səbəbini açıqladı

Zidan "Real"dan ayrılmasının səbəbini açıqladı
"Gedirəm, amma vidalaşmıram. Məşqçi kimi çalışmaqdan yorulmuram. 2018-ci ilin may ayında "Real"dakı 2,5 illik işimdən sonra ayrıldım. Çünki bu qədər qələbə və kubok qazandıqdan sonra ən yüksək səviyyədə qalmaq üçün komandaya yeni bir şey lazım olduğunu hiss etdim". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Real"dan ayrılan baş məşqçi Zinəddin Zidan deyib. 48 yaşlı mütəxəssis Madrid təmsilçisinin dəstəyini hiss etmədiyi üçün istefa verdiyini deyib:
İndi vəziyyət fərqlidir. Gedirəm, çünki artıq nə klubdan lazım olan etibarı hiss edirdim, nə də dəstək. Futbolu başa düşürəm və "Real" kimi bir klubun tələbləri ilə tanışam. Bilirəm ki, qalib gəlmədikdə ayrılmalısan".
Qeyd edək ki, "Kral Klubu" başa çatan mövsüm Zidanla La Liqada 2-ci olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər