Zidan PSJ-yə cavab verməkdə tələsmir

Zidan PSJ-yə cavab verməkdə tələsmir

Tanınmış məşqçi Zinəddin Zidan gələcəyi ilə bağlı hələ də qərar verməyib. 

Fanat.Az xəbər verir ki, bir müddət öncə onun PSJ ilə anlaşdığına dair iddia yayılmışdı.

Lakin idman jurnalisti Adrian Qranyenin yazdığına görə, qətərli investorlar ona yaxşı imkan yaratmağa hazır olsalar da, fransız mütəxəssis qərar verməkdə tələsmir. 

Qeyd edək ki, Zidanın son klubu Real Madrid" olub. O, "Kral klubu"na 11 mükafat qazandırıb. Onlardan 3-ü Çempionlar Liqası kubokudur. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər