Gələn mövsüm PSJ-nin baş məşqçi postuna Zinəddin Zidan gələcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, fransız mütəxəssis klubla şərt kəsib və istədiyi futbolçunu almağına zəmanət istəyib. Zidan "Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldunu PSJ-yə görmək istədiyini bildirib.
Xatırladaq ki, ötən yay Ronaldu “Yuventus”dan ayrılanda PSJ onu transfer etməyi düşünsə də, forvard sabiq klubu “Mançester Yunayted”ə qayıtmaq qərarı verib.
Emin