Zidan PSJ-də nə qədər qazanacaq? - İNANILMAZ MƏBLƏĞ

Zidan PSJ-də nə qədər qazanacaq? - İNANILMAZ MƏBLƏĞ

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi yaxın günlərdə Zinəddin Zidanla görüşməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Tvitter" hesabı üzərindən jurnalist Adrien Qrenye yayıb.

Mənbə Əl-Xelaifinin Zidanı baş məşqçi postuna gətirməyi qarşısına məqsəd qoyduğunu və 49 yaşlı mütəxəssisə illik 25 milyon avro əməkhaqqı ödəməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, klub başqanı Zizunu razı sala biləcəyi halda, Paris təmsilçisinin indiki baş məşqçisi Maurisio Poçettino təzminat qarşılığında istefaya göndəriləcək.

Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından işsizdir. Əlcəzair əsilli fransalı son olaraq "Real Madrid"i çalışdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər