Zidan "Mançester Yunayted"lə bağlı yekun qərarını verdi

Zidan "Mançester Yunayted"lə bağlı yekun qərarını verdi

Zinəddin Zidan ona təklif göndərən "Mançester Yunayted" rəhbərliyinə yekun qərarını çatdırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Kristian Falk şəxsi "Twitter" hesabı üzərindən yayıb.

49 yaşlı mütəxəssis MY bosslarına yaya qədər istirahət etmək niyyətində olduğunu bildirib. 

Zidanın son iş yeri bu ilin mayında tərk etdiyi "Real Madrid" olub. Daha öncə Əlcəzair əsilli fransalının ölkəsinin yığmasını çalışdırmağı hədəflədiyi barədə informasiyalar yayılmışdı.

Ule-Qunnar Sulşerin rəhbərlik etdiyi "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Mançester təmsilçisi 11 tura 17 xal toplayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər