Zidan gələcək, braziliyalı ulduz gedəcək - İDDİA

Zidan gələcək, braziliyalı ulduz gedəcək - İDDİA

Zinəddin Zidanın növbəti mövsümdən məşqçiliyə qayıtması an məsələsidir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" nəşri əlcəzair əsilli fransalı mütəxəssisin yaxınlarına istinadən yayıb.

Mənbə Zidanın iki seçimi olduğunu bildirib. Bunlardan biri "Real Madrid"dir. Zidanın prezident Florentino Pereslə əla münasibəti var. Zizunun xidmətində maraqlı olan digər klub isə PSJ-dir. O, Paris klubu ilə ötən yay artıq danışıqlar aparsa da, anlaşa bilməmişdi. 

Zidanın iki il əvvəl tərk etdiyi "Real"a qayıtmaqdansa, PSJ-yə keçmək istədiyi idda olunur. Klubun baş məşqçisi Kristof Qaltye Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra qovulmağa yaxındır.

"Mundo Deportivo" qeyd edib ki, Zidanın gəlişi komandada bir çox dəyişikliklərə səbəb olacaq. Təcrübəli mütəxəssisin Neymarı Paris klubunda görmək istəmədiyi iddia olunur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər