"Yupp Haynkesə "Real” və "Bavariya”dakı uğurlarına görə böyük hörmətim var. Sabah çox güclü rəqibə qarşı oynamalıyıq”.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları ərəfəsində "Real”ın baş məşqçisi Zinəddin Zidan UEFA-nın saytına danışıb. Madridlilərin çalışdırıcısı "Bavariya” ilə sabah baş tutacaq görüş haqda fikirlərini bölüşüb:
"Bavariya” böyük ruha malik nəhəng klubdu. Bu cütün favoriti haqda danışmağa dəyməz. Yarımfinaldı... Ötən il baş verənlər unudulub. İndi başqa oyun olacaq. Müqayisə aparmaq yersiz alınar. Psixoloji planda matça 150 faiz hazır olacağımıza şübhəm yoxdu”.
Fanat.Az