"Yuventus" baş məşqçisini dəyişmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Xəbərə görə, A Seriyası klubu fransalı mütəxəssis Zinəddin Zidanı komandanın başına gətirmək fikrindədir. Lakin bildirilir ki, tərəflər arasında danışıqlar çətin keçir.
Qeyd edək ki, hazırda "Yuventus"a Massimiliano Alleqri başçılıq edir.
Röya