Üzgüçümüz Avropa çempionatının finalında

Üzgüçümüz Avropa çempionatının finalında

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb.

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 1 dəqiqə 58,93 saniyə nəticə göstərərək üçüncü yeri tutub və həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər