Üzgüçülərimiz İslamiadadan öncə Avropa çempionatına gedəcək

Üzgüçülərimiz İslamiadadan öncə Avropa çempionatına gedəcək

Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvləri iki mötəbər yarışda güclərini sınayacaqlar.

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında İtaliyanın paytaxtı Romada avqustun 11-dən 17-dək təşkil olunacaq su idman növləri üzrə üzrə Avropa çempionatında güclərini sınayacaqlar.

Avqustun 11-də Ramil Vəlizadə 50 metr batterflay üsulunda, Məryəm Şeyxəlizadəxangah isə 100 metr krol üsulunda mübarizələrə qatılacaqlar. Bu yarışlardan dərhal sonra hər iki idmançı Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarında milli komandaya qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası İslamiadaya geniş tərkibdə yollanıb. Hazırda məşqçi Rəşad Əliyevlə birgə digər üzgüçülər – Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihad Yusibov, Fatimə Alkərəmova, Selcan Əbdürəhmanlı, Aysel Səfərova, Ayan Kələntərova, İlahə Rəciyeva Konya şəhərindədirlər və yarışlara hazırlaşırlar. Üzgüçülük üzrə mübarizə avqustun 13-dən başlayacaq və Ramil Vəlizadə 100 metr batterflyay üsulunda gücünü sınamaqla debüt edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər