Braziliya millisinin sabiq müdafiəçisi Kafu həmyerlisi Neymarın Rusiyanın "Zenit" klubuna keçmək perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "RB Sport" Kafunun "Zenit" Neymara təklif göndərsə, o isə sizə müraciət etsə, Rusiya təmsilçisinə keçməyi məsləhət görərsinizmi" sualına cavabını belə çatdırıb:
"Belə bir şey olsa, qərarı bütün hallarda Neymar qəbul edəcək. Amma real təklif gəlsə, məncə, o, bu çağırışı nəzərdən keçirər".
Xatırladaq ki, Neymar ötən ilin yayında PSJ-dən "Əl-Hilal"a keçib. Hazırda zədəli olan "sambaçı"nın Səudiyyə ərəbistanına uyğunlaşa bilmədiyi və iş yerini dəyişmək üçün variantlar axtardığı barədə məlumatlar yayılıb.
Nihat