"Zenit" böyük məbləğ xərcləməyə hazırdır - Braziliyalı istedad gəlir?

"Zenit" böyük məbləğ xərcləməyə hazırdır - Braziliyalı istedad gəlir?

Rusiyanın "Zenit" klubu yeni braziliyalı ilə güclənməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, məlumatı "Diario SPFC" yayıb.

Xəbərə görə, Sankt-Peterburq təmsilçisi "San Paulu"nun müdafiəçisi Lukas Beraldonun transferi üçün 25 milyon avro təklif etməyi planlaşdırır. Mənbə ölkəsinin ən istedadlılarından sayılan 20 yaşlı Lukasın bu qiymətə satıla biləcəyini vurğulayıb.

Qeyd edək ki, "San-Paulu"nun yetirməsi olan Lukas əsas komandada 2022-ci ildən çıxış edir. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər