"Zenit" Arias üçün Braziliya klubuna milyonlar ödəməyə hazırdır - MƏBLƏĞ

"Zenit" Arias üçün Braziliya klubuna milyonlar ödəməyə hazırdır - MƏBLƏĞ

Sankt-Peterburqun "Zenit"i klubunun nümayəndələri  vinger Con Ariası transfer etmək üçün "Fluminense" ilə danışıq aparır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Ge Globo" yayıb.

Xəbərə görə, ruslar qarşı tərəfə 12 milyon avro təklif edib. 

Ariasla "Liverpul", "Arsenal" və "Fulhem"in də maraqlandığı bildirilib. Mənbə bu klubların skautlarının sözügedən oyunçunu Argentinanın “Boka Xuniors” klubu ilə matçda - Libertadores Kubokunun finalında (2:1) izlədiklərini vurğulayıb.

Kolumbiyalının Braziliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin 31 avqust tarixinə qədərdir. "Transfermarkt" portalı 26 yaşlı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir. Arias Kolumbiyanın əsas millisində 10 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər