"Zəmanət verirəm, Messi həmişə meydanda olacaq"

"Zəmanət verirəm, Messi həmişə meydanda olacaq"

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Lionel Messi ilə bağlı planlarından danışıb. 

Fanat.Az xəbər verir ki, "TyC Sports" 42 yaşlı mütəxəssisdən sitat təqdim edib:

“O, həmişə meydanda olmaq istəyir. Mən baş məşqçi olacağım müddətdə Messi həmişə oynayacaq, buna şübhə olmamalıdır. Pis bir şey olmasa, oynayacaq, həmişə meydana çıxacaq. Messinin işi xüsusidir. Burada hətta mübahisə də ola bilməz. O, xoşbəxtdir, yaxşı oynayır və şadam ki, bir-birimizi başa düşürük. Düşünürəm ki, o, PSJ-də bir addım irəli atdı. Onun indiki görünüşündən razıyıq".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər