Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

Zelim Tçkayev yarımfinala vəsiqə qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər