Argentina yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Alexandro Sabella DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Peru və Uruqvayla keçirəcəkləri oyun üçün 24 futbolçuya dəvət göndərib.
Baş məşqçinin siyahısında Leonel Messi də yer alıb. "Barselona"nın "Almeriya" ilə oyununda zədələnən və 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı deyilən futbolçunun yığmaya çağırılması birmənalı qarşılanmayıb. İspaniya klubu zədəli futbolçusunun yığmaya getməsini istəməsə də, argentinalılar fərqli qərar verib.
Qapıçı: Serxio Romero (Monako, Fransa), Mariano Anducar (Kataniya, İtaliya).
Müdafiəçilər: Federiko Fernandes (Napoli, İtaliya), Hüqo Kampaqnaro (İnter, İtaliya), Joze Maria Basanta (Monterrey, Mesika), Markos Rojo (Sportinq, Portuqaliya), Pablo Zabaleta (Mançester Siti), Fabrikio Kolokkini (Nyukasl, İngiltərə), Ezkuel Garay (Benfika, Portuqaliya), Kristian Ansaldi (Zenit, Rusiya).
Yarımmüdafiəçilər: Xavyer Maskerano (Barselona, İspaniya), Angel Di Maria (Real, İspaniya), Lukas Biglia (Latsio, İtaliya), Ever Baneqa (Valensiya, İngiltərə), Joze Ernesto Sosa (Metallist Xarkov, Ukrayna), Auqusto Fernandes (Selta, İspaniya), Rikardo Alvarez (İnter, İtaliya), Erik Lamela (Tottenhem).
Hücumçular: Mauro İkardi, Rodriqo Palakio (hər ikisi "İnter", İtaliya), Qonzalo Hiquayn (Napoli, İtaliya), Ezkuel Lavezzi (PSJ, Fransa), Serxio Aquero (Mançester Siti, İngiltərə), Lionel Messi (Barselona, İspaniya).