Zədələndiyi görüşdə "bürünc" qazanan cüdoçumuz DÇ-yə yollanmayacaq

Zədələndiyi görüşdə "bürünc" qazanan cüdoçumuz DÇ-yə yollanmayacaq

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb.

Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.

Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər