Özbəkistan millisinin üzvü rəsmən "Keşlə"də

Özbəkistan millisinin üzvü rəsmən "Keşlə"də
"Keşlə" qış fasiləsi ərəfəsində ilk transferini reallaşdırıb. 
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.
Şohruh Qadoyevin karyerasını paytaxt təmsilçisində davam etdirəcəyi bildirilir. "Keşlə" Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.
27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.
Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər