Özbəkistan millisi DÇ-də sensasiyaya imza atdı

Özbəkistan millisi DÇ-də sensasiyaya imza atdı

Özbəkistanın U-17 millisi bu yaş qrupu üzrə İndoneziyada keçirilən futbol üzrə dünya çempionatında sensasion nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, 1/8 finalda İngiltərə yığması ilə qarşılaşan özbəklər aşkar autsayderi sayıldığı qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.

Asiya təmsilçisi 1/4 finalda Fransa - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, U-17-lərin dünya çempionatı noyabrın 10-da başlayıb. Turnir dekabrın 2-nə qədər davam edəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər