Zaur Svanadze: “Laçi” çox güclü komandadı"

Zaur Svanadze: “Laçi” çox güclü komandadı"
"İnter"in baş məşqçisi Zaur Svanadze "Laçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis Albaniyada keçirdiyi mətbuat konfransında bunları deyib: 
“Komandamızda çox ciddi dəyişikliklər baş verib. Heyətə xeyli sayda gənc futbolçular gəlib. Bu üzdən təlim prosesində dəyişikliklər etmişik. “Laçi” çox güclü komandadı. Bizim üçün çox ağır oyun olacaq. İndidən nə isə demək çətindi. Hər şeyi oyun göstərəcək. Stadionun ot örtüyü yaxşı vəziyyətdədi. Bu isə o deməkdi ki, yaxşı oyun izləyə biləcəyik. Avrokubok dueli iki qarşılaşmadan ibarət olduğundan ilk matç mərhələ keçən komandanın adına aydınlıq gətirməyəcək. Bir həftə sonra Bakıda keçiriləcək qarşılaşma isə bu baxımdan həlledici əhəmiyyət daşıyacaq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər