Zaqreb "Dinamo"su darmadağına sevindi, Mahir Emreli isə...

Zaqreb "Dinamo"su darmadağına sevindi, Mahir Emreli isə...

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci turda səfərdə "Slaven Belupo"nu 5:1 hesabı ilə darmadağın edib.

Zədə səbəbindən ilk turun oyununu buraxan Mahir Emreli bu görüşdə də iştirak etməyib.

İki tura 6 xal toplayan "Dinamo" turnir cədvəlinin lideridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər