Zamiq Əliyev fərqləndi, komandası qələbə qazandı

Zamiq Əliyev fərqləndi, komandası qələbə qazandı

Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.

Fanat.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.

Qeyd edək ki, matç “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər