Zamiq Albaniyada növbəti qələbəyə sevindi

Zamiq Albaniyada növbəti qələbəyə sevindi

Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" da növbəti matçına çıxıb. 

Sözügedən komanda səfərdə "Elbasani" ilə qarşılaşıb. Görüş Zamiqin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Futbolçumuz ikinci hissədə meydana daxil olub. 

"Eqnatiya" hazırda 45 xalla liderliyini davam etdirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər