Zamiq 90 dəqiqə oynadı, komandası istəyinə çatdı

Zamiq 90 dəqiqə oynadı, komandası istəyinə çatdı

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya"  Albaniya Kubokunun yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, 1/4 finalda "Bilis" ilə üz-üzə gələn Rroqojine təmsilçisi istəyinə 2:2 hesablı heç-heçə sayəsində çatıb.

Zamiqin komandası ilk oyunda 3:1 hesabı ilə qələbə qazandığı üçün növbəti mərhələyə adlayıb.

90 dəqiqə meydanda olan Əliyev 24-cü dəqiqədə sarı vərəqə alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər