Yüz milyonluq ulduz antirekord müəllifi oldu

Yüz milyonluq ulduz antirekord müəllifi oldu

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Çelsi” – “Sauthempton” (0:1) matçı antirekordla yadda qalıb.

Fanat.Az "SkySports"a istinadən xəbər verir ki, London klubunun ukraynalı yarımmüdafiəçisi Mixil Mudrik bərbad göstərici ilə diqqət çəkib.

İkinci hissədə, konkret 64-cü dəqiqədə əvəzetmədən oyuna qoşulan Mudrik 40 dəqiqə meydanda olub. O, bu müddət ərzində 20 dəfə topu itirib. Bu göstərici isə Premyer Liqanın antirekordudur. 

Qeyd edək ki, "Çelsi" Mixail Mudriki bu qış Donetsk "Şaxtyor"undan 70 milyon+30 milyon avro bonus qarşılığında transfer edib.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər