Yusuf Yazıcının yeni klubu bilindi

Yusuf Yazıcının yeni klubu bilindi

"Lill"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Yusuf Yazıcının yeni klubu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Spor Arena" yayıb. 

Xəbərə görə, Türkiyə millisinin üzvü karyerasını Yunanıstanda davam etdirəcək. "Olimpiakos" Yusufla anlaşıb. 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Lil" forması ilə ümumilikdə 135 matçda 29 qol  və 15 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər