FİFA və UEFA-nın tədbiq etdiyi sanksiyalardan sonra Rusiya Premyer Liqasındakı bəzi legioner futbolçular kimi Moskvanın "Spartak" klubunun yarımmüdafiəçisi Viktor Mozes də klubunu tərk edəcək.
Fanat.Az "SV Pressa"ya istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi heç bir izahat vermədən məzuniyyətdən sonra "qırmızı-ağlar"ın düşərgəsinə qayıtmayıb və hazırda İngiltərədədir.
Futbolçu və onun agenti digər klublarla danışıqlar aparır, bundan sonra onlar "moskvalılar"la müqavilənin dayandırıldığını elan edəcəklər.
Hələlik heç bir rəsmi açıqlama verilməsə də, “Spartak” artıq Mozesni komandada əvəz edə biləcək futbolçu axtarışlarına başlayıb.
Nigeriyalının "Spartak"dakı maaşı ildə təxminən 3 milyon avro olduğundan, onun gedişindən sonra ayrılan vəsait yüksək keyfiyyətli güclü legioner dəvət etmək üçün istifadə olunmalıdır.
Variantlardan biri kimi “Spartak” rəhbərliyi ötən ilin yayında Moskvanın MOİK klubunda icarə əsasında çıxış etmiş türkiyəli yarımmüdafiəçi Yusuf Yazıcını komandasına dəvət etməyi düşünür.
Futbolçu özü Rusiya çempionatında qalmaq istəyir və "qırmızı-ağlar"ın düşərgəsindən gələn təklifi nəzərdən keçirməcək.
Emin