Yusuf Şimşək: "Xəzər Lənkəran"dan təklif almışam"

Yusuf Şimşək: "Xəzər Lənkəran"dan təklif almışam"
Mustafa Dənizli "Xəzər Lənkəran"a daha bir məşqçi gətirir. Fanat.az xəbər verir ki, türk mütəxəssis həmyerlisi Yusuf Şimşəkə dəvət göndərib.
Bu barədə bir neçə gün əvvəl "Dənizlispor"un baş məşqçi postundan istifa verən mütəxəssis özü açıqlama verib: "Mustafa Dənizli mənim müəllimimdi. Daha öncə “Dənizlispor”u çalışdırmağımı istəməmişdi. Xaricə gedən kimi, təkrar məni yanına çağırdı".
Qeyd edək ki, Şimşək Mustafa Dənizlinin rəhbərliyi altında "Beşiktaş"da oynayıb. Məşqçiliyə "Turqutluspor"da başlayan mütəxəssis "Çaykur Rizəspor"da Mustafa Dənizlnin köməkçisi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər