Yusifi Fransada həbs etdilər - SƏBƏB

Yusifi Fransada həbs etdilər - SƏBƏB

“Nitsa”nın futbolçusu Yusif Atal Fransanın Nitsa şəhərində həbs edilib. 

Fanat.Az xəbər verir ki, informasiyanı yerli gündəlik "Nice-Maatin" nəşri yayıb. 

Xəbərə görə, hadisə ötən axşam baş verib.

Səbəb kimi onun Fələstin-İsrail münaqişəsi ilə bağlı verdiyi açıqlamalar göstərilir. Mənbə “zorakılığa çağırış”da ittiham olunan futbolçunun özünün əsl zorakılığın qurbanına çevrildiyini vurğulayıb. 

Xatırladaq ki, Yusif Atal 2018-ci ildən “Nitsa”da çıxış edir. O, karyerası ərzində Əlcəzair “Paradou” və Belçikanın “Kortrijk” klublarında da oynayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər