Yusif Nəbiyevin yeni klubu bilindi

Yusif Nəbiyevin yeni klubu bilindi

Cinah müdafiəçisi Yusif Nəbiyevin yeni iş beri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, son klubu "Səbail" olan 28 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.

Nəbiyev qarşıdakı "futbol ili"ndə çempionluq uğrunda mübarizə aparacaq MOİK-lə anlaşıb. Tərəflərin 1+1 illik müqavilə bağlayacağı gözlənilir.

 Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər