Yuri Syomin "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin rusiyalı baş məşqçisi komandasının oyunundan razı qalmayıb:
"Yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq. "Sumqayıt"dan birinci dövrədəki məğlubiyyətin əvəzini çıxdıq. Bununla belə, oyunumuzda çatışmazlıqlar var idi. Çatışmazlıqlar həm fərdi, həm də komanda cəhətdən var. Oyunçular bu barədə bilirlər. Başa düşürük ki, üzərində işləməli olduğumuz məqamlar var. Komandamı təbrik edirəm".
Fanat.az