Yuri Syomin: "Moskvada baş verənlər siyasi məsələdi"

Yuri Syomin: "Moskvada baş verənlər siyasi məsələdi"
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin son günlər Moskvada baş verənlərə münasibət bildirmək istəməyib. Fanat.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu haqda danışmaq istəmədiyini deyib.
"Mənim bu barədə danışmağım doğru olmaz. Çünki Moskvada baş verənlər siyasi məsələdi. Ona görə də münasibət bildirmək istəmirəm" deyə Syomin bildirib.
Qeyd edək ki, 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskva sakini Yeqor Serbakovu öldürməkdə şübhəli bilinərək saxlanılması Rusiyada soydaşlarımıza qarşı rəsmi və qeyri-rəsmi səviyyədə münasibətin kəskinləşməsinə səbəb olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər