"Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib.
Baş məşqçi böyük hesabla (3:0) qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. Ukraynalı mütəxəssis oyun zamanı komandanın futbolçusu Vaqif Cavadovla yaşadığı gərginliyin səbəbini açıqlayıb: "Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdı. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz".
Maksimov öz ölkəsinin mətbuatında Ukrayna klublarından biri ilə danışıqlar apardığına dair xəbərlərə belə münasibət bildirib: "Mən belə bir xəbərlə qarşılaşmamışam".
Fanat.Az