"Liverpul"un sabiq baş məşqçisi Yürgen Kloppun yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, onun "Red Bull"un futbol əməliyyatlarına rəhbərlik edəcəyi şirkətin mətbuat xidməti tərəfindən təsdiqlənib.
Daha öncə jurnalist Kristian Falk sözügedən mütəxəssisin 2025-ci ilin 1 yanvar tarixindən fəaliyyətə başlayacağını bildirmişdi.
Qeyd edək ki, daha öncə "Maynt" və Dortmund "Borussiya"sı kimi klubları da çalışdıran Klopp ötən mövsümün sonunda öz istəyi ilə "Liverpul"dan ayrılıb.
Nihat