Yürgen Klopp Blaşikovskinin komandasının baş məşqçisi olacaq -RƏSMİ

Yürgen Klopp Blaşikovskinin komandasının baş məşqçisi olacaq -RƏSMİ

Futbol azarkeşləri ötən mövsümün sonunda "Liverpul"dan ayrılan mütəxəssis Yürgen Kloppu gələn ay iş başında görəcəklər.

Fanat.Az xəbər verir ki, Klopp Dortmund "Borussiya"sının sabiq polşalı futbolçuları Yakub Blaşikovski və Lukaş Pişekin vida matçında komandalardan birini meydana çıxaracaq.

Məlumatı "Borussiya"nın rəsmi saytı yayıb.

Alman çalışdırıcının vida oyununda Blaşikovskinin komandasına rəhbərlik edəcəyi gözlənilir.

Sözügedən matç sentyabrın 7-də "Siqnal İduna Park"da keçiriləcək.

Klopp daha öncə "Borussiya"nı və "Maynts 05"i çalışdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər