Yürgen Klopp Almaniya millisini çalışdıracağını istisna etmədi

Yürgen Klopp Almaniya millisini çalışdıracağını istisna etmədi

"Liverpul"un baş məşqçisi Yürgen Klopp Almaniya millisini çalışdıra biləcəyini istisna etməyib.

Fanat.Az xəbər verir ki, "Bild" nəşri onun dediklərini belə çatdırıb:

"Nə vaxtsa Almaniya millisinin baş məşqçisi olacağımı istisna etmirəm. Amma indi bunun üçün uyğun zaman deyil. Çünki "Liverpul"dan getsəm, bir il boyunca işləməyəcəyəm".

Xatırladaq ki, Klopp 2015-ci ildən "Liverpul"un "sükanı arxası"ndadır. DÇ-2022-də Yaponiya, İspaniya və Kosta Rika ilə eyni qrupda mübarizə aparan və 1/8 finala çıxa bilməyən Almaniya seçməsini Hans-Diter Flik çalışdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər