Yurçeviç Vüqar Nadirovla nə danışıb? - ÖZƏL

Yurçeviç Vüqar Nadirovla nə danışıb? - ÖZƏL

Region Liqasının ən yaxşı futbolçusu adını "Uğur”un hücumçusu qismində qazanan Vüqar Nadirov mükafatlandırılıb.

 

Fanat.Az-ın məlumatına görə, millimizin baş məşqçisi Nikola Yurçeviçlə qısa söhbət edib.

 

Bugünkü finalda komandasının "Şahdağ”a vurduğu ikinci qola imza atan sabiq "Qarabağlı”ya diplomu təqdim edən xorvat mütəxəssis ona "Əhsən, əvvəllər millidə oynamısanmı” sualını verib. Nadirov isə yığmada top qovduğunu və hələ də millidə oynamağa hazır olduğunu bildirib. Əcnəbi çalışdırıcı və Vüqar vidalaşarkən Vüqarın mütəxəssisə "görüşərik” dediyi aydın eşidilib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər