Bir müddət "Simurq"da baş məşqçi olan Sergey Yuran “Terek”in baş məşqçisi olmaq üçün alışıb-yanır. Rus mütəxəssis çeçenlərə belə desək, "mən də varam" mesajı göndərib:
"Mənə müraciət edən olmayıb. Amma, belə təklif alsam, qəbul edərəm. “Terek” xarakterimə görə elə mənim yerimdi. Düşünürəm ki, Qroznı təmsilçisi bu mövsüm olmasa da, gələn mövsüm Avropa Liqasına düşə bilər.Başa düşmək lazımdı ki, komandanın rəhbəri Ramzan Kadırov klub üçün bütün imkanları yaradacaq: büdcə, stadion, məktəb. Ona görə də Çeçenistan komandası ilə uğur qazanmaq olar. Mən buna hazıram. Mənim müqaviləm alınsa, futbolçular nəinki pullarını alacaq, həm də əlavə qazanc əldə edəcək. Həmçinin “Terek”də braziliyalılar var mən portəgiz dilini bilirəm. Onlarla tərcüməçisiz danışacam. İndiyə qədər çox yerdə işləmişəm. Kifayət qədər təcrübəm var. Unutmayın ki, Lobanovski, Eriksson, Romantsev kimi peşəkarlarla çalışmışam”.Fanat.az