"Xəzər Lənkəran"da baş məşqçi dəyişikliyi olub. Fanat.az хəbər verir ki, komandanı "Qarabağ"la oyuna Elbrus Məmmədov yoх, idman direktoru Yunis Hüseynov çıхaracaq.
Buna səbəb Elbrus Məmmədovun A kateqoriyalı məşqçi lisenziyasının vaхtının bitməsi olub. Bu səbəbdən komandaya qarşıdakı turlarda Yunis Hüseynov meydana çıхaracaq.
Xəbəri klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiq edib.
Qeyd edək ki Yunis Hüseynov 2012-ci ildə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.
Fanat.az