Yunis Hüseynov istefa verdi - yeni baş məşqçi kim oldu?

Yunis Hüseynov istefa verdi - yeni baş məşqçi kim oldu?

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov istefa verib. Klubdan Fanat.az-a verilən məlumata görə, baş məşqçi bu gün postundan ayrılıb.

Artıq "Xəzər Lənkəran"ın yeni baş məşqçisi də müəyyənləşib. Komanda Elbrus Məmmədova tapşırılıb. Yunis Hüseynov isə yenidən idman direktoru vəzifəsinə qayıdıb.

Qeyd edək ki, Yunis Hüseynov 2015-ci ilin yayında baş məşqçi postuna qayıtmışdı. Onun gedişinə səbəb klub rəhbərliyinin transef etməmək və yaya qədər akademiyanın yetirmələri ilə oynamaq qərarı olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər