Braziliyada təşkil olunan dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə daha iki qrupda mübarizəyə yekun vurulub.
C qrupunda Yunanıstan Kot`D-İvuarı, Yaponiya Kolumbiyanı sınağa çəkib. İlk iki turda qələbə qazanan Kolumbiya bu oyunadək 1/8 finala çıxmışdı. Digər vəsiqəyə Yunanıstan, Kot`D-İvuar və Yaponiya iddia edirdi.
Kolumbiya Yaponiyanı 4:1 hesabı ilə yenməklə həm liderliyi təmin edib, həm yaponların 1/8 final arzusunu gözündə qoyub, həm də qrup mərhələsində Hollandiyadan sonra maksimum nəticə qazanan ikinci komanda olub.
Digər vəsiqəyə isə Yunanıstan sahib çıxıb. Yunanlar 42-ci dəqiqədə hesabı açıb, Kot`D-İvuar 74-cü dəqiqədə bərabərliyi təmin edib. Buna baxmayaraq, Avropa təmsilçisi qələbə qolunu vura bilib. 90+2-ci dəqiqədə afrikalıların qapısına təyin olunan penalti qolla nəticələnib - 2:1.
Qeyd edək ki, D qrupunda Uruqvay İtaliyanı 1:0 hesabı ilə yenib. Kosta Rika - İngiltərə matçı isə 0:0 hesabı ilə başa çatıb.
Onu da qeyd edək ki, indiyədək Braziliya, Meksika (A qrupu), Hollandiya, Çili (B qrupu), Kolumbiya (C qrupu), Kosta Rika, Uruqvay (D qrupu), Argentina (F qrupu) və Belçika (H qrupu) 1/8 finala vəsiqə qazanıb.
DÇ-2014
Qrup mərhələsi
24-25 iyun
C qrupu
Yunanıstan - Kot`D-İvuar 2:1
Qollar: Andreas Samaris, 42. Georgios Samaras, 90+2-pen - Vilfried Boni, 74.
Yunanısnat: Orestis Karnezis (Panayiotis Qlikos, 24), İoannis Maniatis, Kostas Manolas, Vassilios Torosidis, Socratis Papastatopulos, Jose Holebas, Panaqiotis Kone (Andreas Samaris, 12), Giorgios Karagunis (Teofanis Gekas, 78), Lazaros Çristodoulopulos, Georgios Samaras, Dimitrios Salpingidis.
Ehtiyat oyunçular: Stefanos Kapino, Giorgios Tzavellas, Evangelos Moras, Lukas Vintra, Aleksandros Tziolis, Giannis Fetfatzidis, Panaqiotis Taçtsidis, Konstantinos Mitroqlou.
Baş məşqçi: Fernando Santos.
Kot`D-İvuar: Bobakar Barri Kopa, Artur Boka, Kolo Ture, Serj Auryer, Sol Bamba, Çeyk Tiote (Vilfried Boni, 61), Yaya Ture, Serey Die, Salomon Kalu, Gervinyo (Covanni Sio, 83), Didye Droqba (İsmael Diomande, 79).
Ehtiyat oyunçular: Silvain Qbohu, Sayuba Mande, Osman Viera, Didye Zokora, Jean-Daniel Akpa-Akpro, Didye Ya Konan, Maks Qradel, Konstant Cakpa, Matis Bolli.
Baş məşqçi: Sabri Lamouçi.
Sarı vərəqələr: Didye Droqba, 37. Salomon Kalu, 62. Serey Die, 70.
Hakimlər: Karlos Vera, Kristian Leskano, Biron Romero (Ekvador), Sandro Riççi (Braziliya).
Fortaleza. "Estadio Kastelo" stadionu.
Yaponiya - Kolumbiya 1:4
Qollar: Şinji Okazaki, 45+2 - Xuan Quadrado, 17-pen. Cekson Martines, 55; 82. Ceyms Rodriges, 90.
Yaponiya: Eiji Kavaşima, Atsuto Uçida, Yuto Naqatomo, Yasuyuki Konno, Maya Yoşida, Keysuke Honda, Şinji Kaqava (Hiroşi Kiyotake, 85), Toşihiro Aoyama (Hotaru Yamaquçi, 62), Makoto Hasebe, Şinji Okazaki (Yoiçiro Kakitani, 69), Yoşito Okubo.
Ehtiyat oyunçular: Şusaku Nişikava, Şuiçi Qonda, Qotoku Sakai, Masato Morişige, Masahiko İnoha, Hiroki Sakai, Yasuhito Endo, Yuya Osako, Manabu Sayto.
Baş məşqçi: Alberto Zakkeroni.
Kolumbiya: David Ospina (Farid Mondraqon, 85), Santiaqo Arias, Pablo Armero, Eder Balanta, Karlos Valdes, Xuan Quadrado (Karlos Karbonero, 46), Fredi Quarin, Aleksander Meya, Xuan Quyntero (Ceyms Rodriges, 46), Adrian Ramos, Cekson Martines.
Ehtiyat oyunçular: Kamilo Varqas, Kristian Zapata, Mario Yepes, Kamilo Zuniqa, Karlos Sançes, Abel Aquilar, Teofilo Qutiyerres, Viktor İbarbo, Karlos Bakka.
Baş məşqçi: Jose Pekerman.
Sarı vərəqələr: Yasuyuki Konno, 16 - Fredi Quarin, 63.
Hakimlər: Pedro Proença, Bertinyo Kuna, Tyaqo Triqo (Portuqaliya), Roberto Moreno (Panama).
Kuyaba. "Pantanal Arena".
| 1 | Kolumbiya | 3 | 2 | 0 | 0 | 9:2 | 9 |
| 2 | Yunanıstan | 3 | 1 | 1 | 1 | 2:4 | 4 |
| 3 | Kot`D-İvuar | 3 | 1 | 0 | 2 | 4:5 | 3 |
| 4 | Yaponiya | 3 | 0 | 1 | 2 | 2:6 | 1 |
Fanat.az