Yunanıstan çempionatında 2013/14 mövsümünün qalibi müəyyənləşib. Fanat.az zəbər verir ki, "Olimpiakos" sona 5 tur qalmış çempionluğunu elan edib.
Afina klubu XXIX turda "Pantrakikos"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Bununla da "Olimpiakos" əsas rəqibləri "Atromitos"i 18, PAOK-u 19 xal geridə qoyub. Sonuncu bir oyun az keçirib. Qarşıdakı 5 turda xal fərqini aradan qaldırmaq mümkün olmadığından, "Olimpiakos" çempionluğunu elan edib.
Qeyd edək ki, "Olimpiakos" tarixində 41-ci dəfə Yunanıstan çempionu olub. 89 yaşlı klub ilk dəfə 1931-ci ildə qızıl medallara sahib çıxıb. Afina klub 4 ildi çempionluğu heç kimə güzəşt etmir.
| 1 | Olimpiakos | 29 | 25 | 2 | 2 | 81 - 14 | 77 |
| 2 | Atromitos | 29 | 17 | 8 | 4 | 48 - 20 | 59 |
| 3 | PAOK | 28 | 18 | 4 | 6 | 56 - 28 | 58 |
| 4 | Panatinaikos | 28 | 16 | 5 | 7 | 46 - 23 | 53 |
| 5 | Asteras | 28 | 14 | 9 | 5 | 39 - 25 | 51 |
| 6 | OFI | 29 | 9 | 11 | 9 | 24 - 33 | 38 |
| 7 | Pantrakikos | 29 | 10 | 7 | 12 | 33 - 42 | 37 |
| 8 | Pas Giannina | 28 | 11 | 3 | 14 | 30 - 38 | 36 |
| 9 | Panaitolikos | 28 | 9 | 7 | 12 | 29 - 30 | 34 |
| 10 | Levadiakos | 28 | 10 | 3 | 15 | 32 - 49 | 33 |
| 11 | Kalloni | 28 | 10 | 3 | 15 | 27 - 47 | 33 |
| 12 | Xanti | 28 | 9 | 5 | 14 | 33 - 43 | 32 |
| 13 | Erqotelis | 28 | 7 | 11 | 10 | 29 - 33 | 32 |
| 14 | Panionios | 28 | 8 | 7 | 13 | 24 - 35 | 31 |
| 15 | Apollon | 29 | 7 | 8 | 14 | 35 - 45 | 29 |
| 16 | Veria | 29 | 6 | 10 | 13 | 25 - 46 | 28 |
| 17 | Platanias | 28 | 6 | 7 | 15 | 26 - 43 | 25 |
| 18 | Aris | 28 | 3 | 10 | 15 | 22 - 45 | 19 |
Fanat.az