Yüksək Liqa: "Xilasedici" və "Azərreyl"dən qələbə

Yüksək Liqa: "Xilasedici" və "Azərreyl"dən qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş reallaşıb.

Günün ilk qarşılaşmasında “Xilasedici” MOİK-i 3:0 hesabı ilə məğlub edib. "Azərreyl" isə "Gənclər"ə eyni hesabla qalib gəlib. 

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, dekabrın 11-də, saat 15:00-da “Murov Az Terminal” ilə "Neftçi" üz-üzə gələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər