Yoviçeviç "Xəzər Lənkəran"dan danışdı

Yoviçeviç "Xəzər Lənkəran"dan danışdı
“Komandam 90 dəqiqə meydanda mübarizə aparmaq üçün hazır deyil. Bu vəziyyət Xorvatiya “Lokomotiv”i ilə keçirdiyimiz matçda da nəzərə çarpdı. Amma “Xəzər Lənkəran”ın futbolçuları yorğun deyildi. Onlar enerjili idilər. Biz isə əksinə, yorğun idik". Fanat.az xəbər verir ki, bu sözləri yoxlama oyununda “Xəzər Lənkəran”a uduzan (1:2) Ukraynanın “Karpatı”n klubunun baş məşqçisi İqor Yoviçeviç deyib.
Xorvat mütəxəssis daha sonra əlavə edib: "Biz "Xəzər Lənkəran"a qalib gəlmək istəyirdik, amma ayaqlarımız və başımız, yorğunluq səbəbindən, buna imkan vermirdi və rəqibə nisbətən, daha ağır hərəkət edirdik. Düşünürəm ki, bu matçdakı məğlubiyyəti faciəyə çevirmək lazım deyil”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər