Yoahim Löv "Real"da? - AÇIQLAMA

Yoahim Löv "Real"da? - AÇIQLAMA
Zinəddin Zidanın gedişindən sonra Almaniya millisinin baş məşqçisi Yoahim Lövün "Real"a gedəcəyi barədə iddialar yayılıb.
 
Fanat.Az xəbər verir ki, onun "DÇ-2018"dən sonra "Real"ı çalışdıracağı iddia olunur.
 
Lakin Almaniya mətbuatına danışan Löv xəbərləri təkzib edib: 
"Dəqiq deyə bilərəm ki, "Real"a getməyəcəm. Hazırda dünya çempionatına hazırlaşırıq. Bu barədə bir saniyə belə düşünməmişəm. "Real" Zidanın yerini doldura biləcək çox yaxşı baş məşqçi tapacaq. Ancaq həmin şəxs mən olmayacam".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər