Yığmanın yeni baş məşqçisi müəyyənləşdi

Yığmanın yeni baş məşqçisi müəyyənləşdi
Serbiya yığma komandasının baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, futbol federasiyası Dik Advokaatın istefasından sonra müvəqqəti olaraq komandanı tapşırdığı Radovan Çurçiçi bu postda saxlamaq qərarına gəlib.
 
42 yaşlı mütəxəssis 4 ildi millidə çalışır. Əsas yığmada köməkçi (2010-11), iki dəfə baş məşqçi əvəzi (2011-12 və 2014), U-21-in çalışdırıcısı (2013-14) olan Çurçiç millilərədək “Yavor” və “Borats”a rəhbərlik edib.
 
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində I qrupunda çıxış edən serbiyalılar 3 oyundan sonra 1 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər